Hiqqs bozonu

İki proton şüasının toqquşmasından yaranan partlayışın rəsmi

Hiqqs bozonu — fərziyyəyə görə başqa hissəciklərə kütlə verən hissəcik.

Bozonlar qarşılıqlı təsir qüvvələrinin daşıyıcıları olan hissəciklərdir. Məsələn, bozonlardan biri olan foton – işıq hissəciyidir və o, elektromaqnit güvvəsinin (qarşılıqlı təsirinin) keçiricisi və daşıyıcısıdır. Fundamental qüvvələrin daşıyıcısı olan bu hissəciklər Hindistanlı fizik Şatyendranat Bozun şərəfinə adlandırılmışlar.

Hiqqs bozonu və ya Hiqqs hissəciyi Britaniyalı fizik Peter Higgsin şərəfinə adlandırılmışdır.

Bu hissəcik gündəlik mətbuatda "Tanrının hissəciyi" də adlandırılır. Bu ifadənin hissəciklər fizikasına aidiyyəti yoxdur. İfadə jurnalistlər tərəfindən həvəslə qarşılandı və işlənir, ona görə ki, "Tanrı kimi bu hissəcik də çox güclüdür, hər yerdə mövcuddur, lakin tapılması çətindir".[1]

  1. "What is the 'God particle'?". ABS-CBN news. 07/04/2012. 2012-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-16.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search